31.07.2010 - 01:54 Ana səhifə | Saytın xəritəsi | Əlaqə
az | ru | en
  • VIP
  • Müddətli
  • Uşaq
  • NBC 17
  • CƏM
  • Əmanət 007
  • Avtomobil
  • Istehlak və digər kreditlər
  • Biznes
  • Master Card
  • Visa Card
  • Onlayn sifariş
  •  
    “Cəmlə, qazan, CƏM ilə qazan” - Hamı üçün şuar!
    25.06.2010

    “NBCBank” ASC müştərilərinin ehtiyacına uyğun olaraq yeni “CƏM” əmanətini təqdim edir. Yeni əmanət məhsulu özündə bir neçə istiqaməti birləşdirir: müştəriyə sərbəst müddət seçimini etmək, əlavə gəlir əldə etmək, lazım olan məbləği yığmaq və hətta səyahətə getmək imkanı yaradır.
    ətraflı...

    Audit Departamentinin müdiri Cahangirli Zamiq 5-ci Qlobal Forumunda iştrak edib .
    24.06.2010

    21.06.2010 – cu il tarixində “NBCBank” ASC –nin Audit Departamentinin müdiri Cahangirli Zamiq “Gülüstan” sarayında İslam İnkişaf Bankının (İİB) İslam maliyyəçiliyinə dair “Qlobal sabitlik və inteqrasiyaya doğru” mövzusuna həsr olunmuş 5-ci Qlobal Forumunda iştrak edib .
    ətraflı...

    “NBCBank” avtomobil kreditlərinə yeni faizlərlə və şərtlər təklif edir!
    18.05.2010

    “NBCBank” öz müştərilərinə Nissan, Pegeout, Ford markalı avtomobilləri yeni sərfəli kredit imkanları ilə təklif edir. Belə ki, bu avtomobil modelləri kreditləşdirilən zaman avtomobil krediti 17%-lə rəsmiləşdiriləcək.
    ətraflı...

     
             17 dekabr 1992-ci ildə yaradılan “Ruzu” SKB Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Səhmdar Kommersiya Bankı kimi 25 saylı sənədlə qeydiyyatdan keçmiş və 30 dekabr 1992-ci il tarixindən 112 saylı lisenziyaya əsasən müvafiq bank əməliyyatlarını həyata keçirmişdir. 17 yanvar 2002-ci il tarixindən adında dəyişiklik edərək “NBC Bank” KB kimi bank sektorunda öz fəaliyyətini davam etdirmişdir. 2005 - ci ilin mart ayından isə Qanunvericiliyin tələbinə uyğun olaraq təşkilatı hüquqi formasında dəyişiklik edərək Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir.

             NBC Bank-ın Mərkəz ofisindən əlavə xidmət şəbəkəsi Bakıda fəaliyyət göstərən 1 Saylı, Sahil, Səbail, Yasamal, Gənclik və regionlarda fəaliyyət göstərən Sumqayıt və Gəncə filialları olmaqla 7 filial və 5 valyuta dəyişmə şöbəsindən ibarətdir. Bankın bütün filiallarında həm fiziki, həm də hüquqi şəxslər üçün nəzərdə tutulan müxtəlif növ bank əməliyyatları mövcuddur: hesabın açılması, depozit, istehlak, biznes və avtomobil kreditlərinin verilməsi, təcili pul köçürmələri (Western Union, Contact, Migom, Privat Money, Leader, Xpress Money, Быстрая почта), plastik kartlar, AZERCELL, BAKCELL və NAR MOBİLE mobil operatorları üzrə ödənişlər, kommunal ödənişlər, valyuta mübadiləsi və s. NBC Bank müştəri məmnunluğuna istiqamətlənmiş bir bank olaraq öz müştərilərinə hər zaman geniş məhsul və xidmət çeşidi təqdim edir.

             NBC Bank -ın səhmdarları sırasına həm fiziki şəxslər həm də hüquqi şəxslər daxildir. Əsas səhmdarlardan biri Azərbaycanda kifayət qədər tanınmış “Nurgün” Şirkətlər Qrupudur. 01.04.2010 – cu il tarixinə bankın aktivləri 46 343 160 000 AZN, məcmu kapitalı 16 807 270 AZN, nizamnamə kapitalı 15 598 340 AZN, müştərilərin sayı isə 13 656  nəfər təşkil etmişdir.

             Bankın auditini 2003-cü ildən 2007-ci il tarixədək tanınmış Beynəlxalq Audit Şirkəti "Deloitte & Touch" həyata keçirirdisə, hal-hazırda bu sahədə əməkdaşlıq tanınmış "RSM Kapital Karden" Beynəlxalq Audit Şirkəti ilə davam etdirilir.

             NBC Bank ASC - HVB Bank, Raiffeisen Bank, Austria Creditanstalt Bank, Aizkraukles Bank, VTB Bank, Akbank kimi müxtəlif aparıcı xarici bank və maliyyə institutları ilə əməkdaşlıq edir. Banka texniki yardım üçün maliyyə dəstəyi USAİD (Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi) tərəfindən həyata keçirilir.

    Azərbaycan Respubilkası AZ1033,
    Bakı ş. Şahin Mustafayev küç. 27/121

    Tel: (+994 12) 514 01 16, (+994 12) 514 01 17
    Faks: (+994 12) 566 94 78

    E-mail: info@nbcbank.az
    URL: www.nbcbank.az


    Programming by DreamArt © 2009