|
Audit rəyi
İstifadəçiləri şəffaf və müqayisə oluna bilən, eləcə də yüksək keyfiyyətli məlumatın verilməsini təmin etmək məqsədilə bankımız öz hesabatlarını Beynəlxalq Maliyyə Hesabatları standartlarına uyğun hazırlayır. Bankın maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanmasını təmin etmək məqsədilə isə artıq 2003-cü ildən etibarən bankımız kənar auditorlara əməkdaşlıq edir.
2003-2007 -ci illər ərzində bank "Deloitte & Touch" MMC-lə əməkdaşlıq etmişdir.
2008-ci ildən etibarən isə biz "RSM Kapital Karden" MMC-lə əməkdaşlıq edirik.RSM Kapital Karden ümumdünya miqyasında fəaliyyət göstərən RSM İnternational Beynəlxalq audit şirkətinin üzvü firmalar birliyinə daxildi. RSM İnternational 1964-cu ildə beş audit şirkəti tərəfindən yaradılmışdır.Bu audit şirkətlərinin üçünün adından şirkətin adının yaradaılmasına istifadə olunmuşdur:
Robson Rhodes
Sallustro Reydel
MCGladerey and Pullen
Şirkətin baş qərargahı İngiltərənin London şəhərində yerləşir. RSM-in 70-dən çox ölkədə 730-a yaxın idarəsi fəaliyyət göstərir və şirkətdə 30 000-ə yaxın işçi çalışır.
|