07.09.2010 - 04:25 Ana səhifə | Saytın xəritəsi | Əlaqə
az | ru | en

 

 

     

     Western Union Beynəlxalq Pul Köçürməsi Sistemi vasitəsilə çox rahat, cəmi  10 dəqiqə ərzində, dünyanın  200 –dən çox ölkəsinə pul köçürmələri etmək mümkündür. Hazırda dünyanın 189 ölkəsində Western Union-un 150 min məntəqəsi fəaliyyət göstərir. Hər bir köçürülən məbləğin ünvanına çatdırılmasına zəmanət verilir və etibarlı təhlükəsizlik sistemi ilə mühafizə olunur.
      Pulun köçürülməsi zamanı 10 rəqəmdən  ibarət unikal kontrol nömrəsi  seçilir. Köçürmə edərkən bankda hesab açmaq mütləq deyil. Köçürülən məbləği alan şəxs komission haqqı ödəmir.


Western Union sistemi vasitəsilə pul köçürülməsi edərkən göndərən aşağıda sadalananları təqdim etməlidir :
        1. Şəxsiyyəti təsdiq edən sənədi ;
        2. Köçürmənin məbləğini (sözlə ifadə etməli);
        3. Alanın şəhərini və ölkəsini;
        4. Alanın tam adını;
        5. Göndərənin telefon nömrəsini;
        6. Göndərənin faktiki ünvanını.
 


Vəsaiti göndərən şəxsiyyətini təsdiq edən sənədi bankın işçisinə təqdim etməlidir. Daha sonra göndərən alana göndəriləsi məbləği xəzinəyə verməli və köçürülmə üçün komission haqqı ödəməlidir (komissiya mövcud tariflərə müvafiq olaraq müəyyən edilir və ölkədən asılı olaraq dəyişir). Verilənlərin emalından sonra bankın əməkdaşı göndərənə xüsusi on rəqəmli nəzarət  nömrəsini bildirməlidir, hansını ki, göndərən pulu alana bildirməlidir. Pulu daha təhlükəsiz köçürmək üçün göndərən şəxs cavabı göstərilmək şərti ilə nəzarət sualı (yalnız xarici ölkələrə köçürmə zamanı) verə  bilər. Nəzarət sualına düzgün cavab verildikdə, göndərilmiş pullar alana veriləcəkdir.


Western Union sistemi vasitəsilə köçürülən pulu almaq üçün aşağıdakıları təqdim etmək lazımdır:
        1. Alanın şəxsiyyətini təsdiq edən sənədi;
        2. Köçürmənin on rəqəmli nəzarət nömrəsini (əgər alana məlumdursa);
        3. Almaq ehtimalında olunan məbləğin qədərini;
        4. Pul göndərənin tam adını;
        5. Pul göndərənin telefon nömrəsini  (əgər alana məlumdursa);
        6. Köçürmənin hansı şəhər və ölkədən edildiyi barədə məlumatı;


Xüsusi  şərtlər:
        • 500 ABŞ dolları ekvivalentində olan məbləği istənilən fiziki şəxs digər fiziki şəxsə heç bir maneəsiz köçürə bilər (gün ərzində 1 dəfədən artıq olmayaraq);
        • 1000 ABŞ dollarından artıq məbləğdə köçürülmə rəsmiləşdirildikdə, bank, avtomatik olaraq, göndərənin adına hesab açır.

Pul köçürülməsi  zamanı əlavə pullu xidmətlər göndərənin istəyi ilə, haqqı ayrıca ("Western Union" sisteminin mövcud tariflərinə əsasən) ödənilməklə təqdim edilə bilər. Məsələn;
        • Köçürmə ilə birlikdə məlumat (20 sözdən çox olmayacaq): Siz köçürmə ilə bərabər, onu blankın müvafiq bölməsinə latın şrifti ilə yazmaqla, qısa xəbər göndərə bilərsiniz;
        • Telefon vasitəsilə bildiriş (bəzi ölkələr üçün mümkündür): Əgər Siz göndərənsinizsə, Siz alanın, şəhərin kodu ilə birlikdə, telefon nömrəsini, habelə alanın  yaşadığı şəhərin/ştatın/vilayətin adını göstərə bilərsiniz. Köçürmənin yola salınmasından keçən bir saat ərzində bankın nümayəndəsi alanı köçürmə haqqında məlumatlandıracaq, habelə pulu hansı ünvanda almaq mümkün olduğunu bildirəcəkdir. Alan ünvanında olmadıqda, Western Union-un nümayəndəsi iki gün ərzində (gündə üç dəfə) ona zəng vuracaqdır;
        • Köçürülən məbləğin alanın ünvanına çatdırılması (bəzi ölkələr üçün mümkündür): Köçürülən məbləğ alana, sonradan ödəniş vasitəsi kimi istifadə oluna biləcək çek şəklində çatdırıla bilər;


Göndərən əlavə xidmətlərdən istifadə etmək istəyərkən, bankın əməkdaşı mütləq arzu olunan xidmətin alanın ölkəsində həyata keçirilməsi imkanını dəqiqləşdirməlidir.
                                                                                                                                                                                                                                                                                                               

Rusiyaya köçürmə edərkən tutulan komissiya məbləğləri

Köçürülən məbləğ  (USD)

Komissiya məbləği (USD)

0-100

6

100.01-150

9

150.01-200

9

200.01-250

14

250.01-300

14

300.01-350

19

350.01-400

19

400.01-450

24

450.01-500

24

500.01-550

24

550.01-600

24

600.01-650

24

650.01-700

24

700.01-750

24

750.01-800

37

800.01-850

37

850.01-900

37

900.01-950

37

950.01-1000

37

 

 

 


Azərbaycan Respubilkası AZ1033,
Bakı ş. Şahin Mustafayev küç. 27/121

Tel: (+994 12) 514 01 16, (+994 12) 514 01 17
Faks: (+994 12) 566 94 78

E-mail: info@nbcbank.az
URL: www.nbcbank.az


Programming by DreamArt © 2009