|
Privat Bank fiziki şəxslərə cari hesab açılmadan Azərbaycan, Ukrayna, Rusiya Federasiyası, Latviya və Belarusiya arasında pul vəsaitlərinin köçürülməsi üzrə xidmət göstərir.
- Təcili pul köçürmələri sistemi PrivatMoney Ukraynanın əsas şəhərlərini, Rusiyanın iri yaşayış məntəqələrini (Moskva, Sankt-Peterburq, Surqut, Soçi, Rostov, Krasnodar, Nijnevartovsk, Tümen, Varonej, Ufa), Latviya və Belarusiyanın şəhərlərini əhatə edir,
- Köçürmənin həyata keçirilmə sürəti: köçürmə anından 10 dəqiqəyə qədər,
- Köçürmənin təhlükəsizliyi və eyniləşdirilməsi məqsədilə göndərənin pul vəsaitinin alana çatdırılması üçün fərdi kontrol nömrəsi (kod - 12 rəqəmli) seçilir,
- Köçürmənin göndərilməsi zamanı məbləğin 3%-i həcmində komission haqqı tutulur,
- Pul vəsaitinin alınması zamanı komission haqqı ödənilmir,
- Köçürmə ilə bərabər ayrıca pulsuz mesaj mətni də göndərmək olar.
Köçürməni necə etmək olar?
Pul vəsaitlərinin köçürülməsi üçün blankın doldurulması, göndərənin şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsi və köçürülən məbləğin xəzinəyə daxil edilməsi kifayətdir. Bundan sonra əməliyyatçı alıcıya verəcəyininz köçürmə kodunu Sizə bidirəcək. Qeyd etmək lazımdır ki, bütün köçürmələr qüvvədə olan "Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlrının rejimi haqqında qaydalar" a əsasən həyata keçirilir.
Köçürülən məbləği necə almaq olar?
Köçürməni almaq üçün köçürmənin kodunun göstərildiyi blankın doldurulması və alanın şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsi kifayətdir. Bundan sonra xəzinədən pul vəsaitini almaq olar.
|