|
"Contact" təcili pul köçürməsi sistemi Rusiyanın - fiziki şəxslərin tapşırığı ilə bank hesabı açılmadan ABŞ dolları və AVRO ilə beynəlxalq pul köçürmələri, habelə RF rublu ilə köçürmələr həyata keçirən ilk sistemidir. Bu sistem Rusiyada əcnəbi müxbir-banklara və fərdi şəxslərə xidmət göstərilməsi üçün lisenziyaya malik olan ixtisaslaşdırılmış şirkətlər şəbəkəsinə əsaslanır.
Bu gün üçün "Contact" geniş şaxələnmiş şəbəkəyə malikdir. Belə ki, Rusiyada ümumi olaraq 400 şəhərdə 1100-dən artıq məntəqəyə malik olan 221 bankda fəaliyyət göstərir. "Contact" həmçinin bütün MDB ölkələri ilə və Baltikyanı ölkələrdə də işləyir, burada, iştirakçı qismində 1000-dən artıq şəhərdə özünün 4150 məntəqəsi ilə 60 bank çıxış edir. Konkret olaraq, Azərbaycanda "Contact" sistemi aktiv fəaliyyətdədir və 70-ə yaxın xidmət məntəqəsinə malik olan 7 aparıcı bankla əməkdaşlıq edir.
"Contact" həmçinin Bolqarıstanın və Livanın, Bosniyanın və Herseqovinanın bankları ilə işləyir. 2003-cü ilin sonundan Çinə və Türkiyəyə köçürmələr həyata keçirilməyə başlamışdır. Uzaq xaricdə sistem Belçikanın, Almaniyanın, İsrailin, İranın, İspaniyanın, Kanadanın, Birləşmiş Ərəb Əmirliklərinin, Portuqaliyanın, Polşanın, ABŞ-ın, İsveçrənin, İsveçin praktiki olaraq bütün dünyada şöbələrə və agentliklərə malik olan 24 maliyyə şirkəti ilə işləyir. Yaxın zamanlarda tərəf-müqabillərə Finlandiyadan, İspaniyadan, ABŞ-dan və Rumıniyadan yeni şirkətlər qoşulacaqlar. Bütövlükdə, "Contact" sistemi üzrə dünyanın 80 ölkəsinə köçürmələr etmək (göndərmək və almaq) mümkündür.
"Contact" sisteminə aşağıdakılar xasdır:
- Yüksək etibarlılıq;
- Rahat və şəffaf köçürmələr həyata keşirmək imkanı;
- Rahat qeydiyyat və hesabatların aparılması;
- Konkret ünvanın tələb olunması.
"Contact" sistemi vasitəsi ilə pul köçürməsi həyata keçirmək üçün aşağıdakıları yerinə yetirmək lazımdır:
- Pul köçürməsi göndərilən ölkə, şəhər və bank seçilməli;
- Şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməli;
- Blank yazılmalı və sonra 4-16 rəqəmli unikal nömrə seçilməli;
- Köçürmənin məbləği xəzinəyə verilərək köçürülmə üçün (Contact sisteminin mövcud Tariflərinə müvafiq olaraq) komission haqqı ödənilməli;
- Köçürməni alana onun bu pulları ala biləcəyi bankın ünvanını, pul köçürməsinin unikal nömrəsini və məbləğini bildirməli.
Bu sistemin daha bir üstünlüyü ondan ibarətdir ki, pul köçürməsi edilərkən növbəti gündən gec olmayaraq vəsait alan şəxsdən hər hansı bir komission haqqı tutulmadan tam ödəniləcəkdir.
"Contact" sistemi vasitəsilə göndərilmiş vəsaitin alana çatdırılması üçün aşağıdakılar tələb edilir:
- Alanın adına göndərilmiş vəsaiti verməli olan bankın ünvanı;
- Köçürmənin unikal nömrəsi haqqında məlumat,
- Köçürmənin məbləğinin qədəri haqqında məlumat,
- Bankın iş günləri və saatları haqqında məlumat,
- Alanın şəxsiyyətini təsdiq edən sənəd.
"Contact" pul köçürməsi sistemi ilə əhatə olunmuş ölkələr: Azərbaycan, Belarusiya, Belçika, Bolqarıstan, Burundi, Böyük Britaniya, Almaniya, Yunanıstan, Gürcüstan, Danimarka, İsrail, İran, İspaniya, Qazaxstan, Kanada, Qırğızıstan, Latviya, Litva Respublikası, Moldova, Polşa, Portuqaliya, Puerto - Riko, Rusiya Federasiyası, Rumıniya, Amerika Birləşmiş Ştatları, Tacikistan, Özbəkistan, Ukrayna, Çexiya, İsveçrə, İsveç, Estoniya
|