|
Bıstraya Poçta
"Bistraya poçta" - sürətli pul köçürmə sistemi Rusiya, Azərbaycan, Ukrayna, Gürcüstan, Belarus, Qazaxıstan, Moldova (Dnestryanı ölkələr daxil olmaqla) və digər MDB ölkələrini əhatə edən geniş şəbəkəyə malikdir və hesab açmadan köçürmələri bir dəqiqə ərzində həyata keçirməyə imkan verir. Konkret tariff ilə ölçülür.
"Bistraya pochta" nağdsız vəsaitlərin köçürülməsinin ən əlverişli və rahat üsullarından biridir. Vəsaitin köçürülməsi və alınması şərtləri çox sadədir və cəmisi bir neçə dəqiqə vaxt aparır. Köçürmələrə görə komissiya məbləği 2% təşkil edir və vəsaiti alan müştəridən heç bir əlavə haqq tutulmur.
Köçrmənin təhlükəsizliyi və eyniləşdirilməsi məqsədilə pul vəsaitini köçürənə fərdi control nömrəsi (kod - 10 rəqəmli) bildirilir. Müştəri pul vəsaiti ilə bərabər xüsusi bir mesaj da göndərə bilər.
Bıstraya poçta hesab açılmadan köçürmələr sistemi Rusiyanın "IMPEKSBANK"-I tərəfindən 2000-ciildə təsis edilmişdir. Bu gün bu system çərçivəsində aşağıdakı xidmətlər təklif ounur:
- Azərbaycan, Rusiya, Gürcüstan, Belarus, Kazaxstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan, Ukrayna arasında və Rusiya üzrə ekspress-köçürmələr;
- Rusiyadan Azərbaycana, Gürcüstan, Kazaxstana, Tacikistana, Ukrayna, Türkiyəyə və əksinə ünvanlı köçürmələr;
- İtalyadan Rusiyaya ünvanlı köçürmələrin yola salınması.
Köçürmələr Rusiya ərazisində rus rublları ilə həyata keçirilir, əgər köçürmə RF-nın hüdudlarından kənarda həyata keçirilərsə, onda köçürmənin valyutası ABŞ dollarları və Avro olur.
Bistraya poçta pul köçürmlərini aşağıdakı qaydada həyata keçirmək imkanı verir:
- Cəld - ekspress-köçürmənin yerinə yetirilməsi sürəti - cəmi 1 dəqiqə;
- Sadə - köçürmənin yola salınması zamanı minimum rəsmiləşdirmə;
- Qənaətcil - köçürmənin yerinə yetirilməsinə görə tutulan aşağı komission haqqı;
- Əlverişli - Bıstraya poçta pul köçürmələrini həyata keçirən məntəqələrin ümumi sayı iştirakçı ölkələrin ərazisində 3500-dən artıqdır..
Bıstraya Poçta sistemi iə pul göndərərkən aşağıdakılar yerinə yetirilməlidir:
- Şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir;
- Köçürmənin yerinə yetirilməsi üçün sifariş doldurulmalıdır;
- Alan şəxsin passport göstəriciləri dəqiq xəbər verilməli (onun pasportunda göstəricilərin latın qrafikası ilə göstərildiyi təqdirdə, həmçinin onların müvafiq şriftlə göstərilməsi tövsiyə olunur;)
- Köçürmənin məbləği təqdim edilməli, həmçinin köçürmə üçün komission haqqı (Bıstraya poçta sisteminin Tariflərinə əsasən) ödənilməli;
- Göndərənə unikal nömrə (10 rəqəmli) verilməli.
Bıstraya Poçta ilə pul alınarkən aşağıdakilər yerinə yetirilməlidir:
- Bankın əməkdaşına şəxsiyyətli təsdiq edən sənədtəqdim edilməli;
- Bankın əməkdaşına köçürmənin, göndərən tərəfindən Alana verilmiş unikal nömrə bildirilməlidir..
Bıstraya Poçta sistemi vasitəs ilə köçürmənin dəyəri:
- Yaxın xarici ölkələrə xarici valyutada - köçürmənin məbləğinin 2%-i ;
- Əlavə olaraq Bıstraya Poçta sisteminin üstünlüyü ondan ibarətdir ki, əgər müştəri köçürmədən imtina edərsə onda xidmət haqqının (komissyon) 50%-i tutulur. Digər pul köçürmələrində müştəri köçürmədən imtina edərsə onda xidmət haqqının (komissyon haqqı) hamısı tutulur.
|