|
Güzəştli və güzəştsiz Kredit Xətti Limitləri
NBC Bank ASC müştərilərə MasterCard International və VISA International beynəlxalq ödəmə sistemlərinin plastik kartlarını minimal xidmət haqqı ilə təklif edir.
• MasterCard Standard • VISA Classic
• MasterCard Gold • VISA Gold
• MasterCard Platinum • VISA Platinum
• Cirrus / Maestro • VISA Electron
Azərbaycanda və dünyanın bir çox yerlərində minlərlə mağaza, restoran, otel, turizm və digər satış / xidmət müəssisələrində mal və xidmətlərin qiymətinin nağdsız qaydada ödənilməsi (bu halda kart sahibindən nağdsız ödəniş üçün komisyon haqqı tutulmur)
İnternet şəbəkəsində elektron ödənişlərin aparılması
30 günədək faizsiz kreditin alınması
Kart hesabına vəsaiti NC Bank ASC-nin filiallarında mədaxil etmək olar. Kart sahibi özü Banka gələ bilmədikdə, 3-cü şəxs Banka gələrək kart hesabına mədaxil edə bilər.
Plastik kartların yüksək müdafiə dərəcəsi olduğundan onların istifadəsi nağd pul istifadəsindən daha etibarlıdır. Kartların vacib üstünlüklərindən biri də xaricə gedərkən kartdakı vəsaitin bəyan etmək tələbinin olmamasıdır və beləliklə kartdakı pul vəsaiti sərhədi məhdudiyyətsiz keçir.
Həmçinin NBC Bank ASC depozit yerləşdirən müştərilərinə depozit məbləğinin 30 % -i həcmində kredit limiti almaq imkanı verir.
Kartla faizsiz kredit
NBC Bank-nın plastik kartlarının əsas üstünlüklərindən biri kartla 200 - 5000 manat (ABŞ dolları / avro) məbləğində 35 günədək faizsiz kredit xətti almaq imkanıdır.
Müştəri istifadə etdiyi kredit məbləğini növbəti ayın 5-ci gününədək ödəyərsə, kreditə faiz hesablanmayacaq. Beləliklə, müştəri faktiki olaraü limitdən istifasə edir və sadəcə xidmət haqqı ödəyir. Beləiklə faizsiz kreditin müddəti 35 günədək ola bilər.
İstifadə edilən məbləğ növbəti ayın 5-ci gününədək ödənilməsə, kreditin limitin istifadə tarixindən istifadə edilmiş məbləğə növbəti gündən etibarən 26% illik dərəcəsi ilə faiz hesablanacaq.
Plastik kartın alınması qaydası :
NBC Bank-da plastik kartı güzəştli və güzəşsiz şərtlərlə almaq olar. Birinci halda müştəri yalnız kartdakı limitdən bir dəfə istifadə edir və illik 26 % olmagla illik faiz ödəyir İkinci halda kredit limitindən faizsiz olarag 35 günədək istifadə etmək olar .
|