|
Akkreditivlər
"NBC Bank" ASC korporativ müştərilərə sənədli akkreditivin təqdim edilməsi üzrə xidmətlər kompleksi təklif edir.
Alış üçün üstünlükləri:
- Yalnız satıcının müqavilə şərtlərini yerinə yetirməsi faktı əsasında mala görə ödəməni almasına zəmanət,
- Akkreditivdə nəzərdə tutulmuş şərtlər və müddətlərə uyğun olaraq malın və ya xidmətlərin alınmasına zəmanət,
- Ödəmə şərtlərində çeviklik ,
Satıcı üçün üstünlükləri:
- Alıcıdan asılı olaraq müraciət etdiyi və akkreditiv açıldığı Bank tərəfindən malların alışına görə ödəmənin həyata keçirilməsinə zəmanət verilir,
- Malın alıcıya çatdırılması faktından əvvəl ödəmənin alınmasına zəmanət,
- Akkreditivin çevikliyi sayəsində mürəkkəb kommersiya müqavilələrinin həyata keçirilməsinin mümkünlüyü,
- Yüksək etibarlılıq.
Bank zəmanəti
Müştəri ilk növbədə təmsil etdiyi firmanın maliyyə vəziyyəti haqqında arayış alınması üçün müraciət edir. Bank tərəfindən ona firmanın pul dövriyyəsi və kredit qaytarma qabiliyyəti haqqında arayış verilir.
Bank zəmanəti müştərinin müraciəti əsasında verir. Bir qayda olaraq bank zəmanəti 3 aydan artıq müddətdə "NBCBank" ASC-də hesabı və bu hesablarda qənaətbəxş dövriyyəsi olan müştərilərə verilir.
Müştəri tərəfindən banka təqdim olunan sənədlər:
- Ərizə,
- Prinsipial ilə Benefisiar arasında bağlanılan müqavilə,
- Tenderdə iştirak etmək üçün sənəd.
Zəmanətin faizi, müddəti və məbləği:
|
Şərtlər
|
Girovsuz
|
Girovlu
|
|
Qarantiyanın maksimum məbləği
|
5 000
|
5 000-dən çox
|
|
Qarantiyanın maksimum müddəti
|
12 ay
|
12 ay
|
|
Faiz dərəcəsi
|
4-6%
|
4-6%
|
|