07.09.2010 - 04:16 Ana səhifə | Saytın xəritəsi | Əlaqə
az | ru | en

 

"NBCBank" ASC öz missyasına əsasən, kiçik və orta sahibkarlıq təmsilçilərinin maliyyə ehtiyaclarının qarşılanmasını özünün əsəs vəzifəsi hesab edir. Bank, bu istiqəmətdə ölkədə sahibkarlıq mühitinin formalaşmasına, yerli istehsalçıların həm yerli həmdə xarici bazarlarda uğurla təmsil olunmasına geniş diqqət ayırır. Kiçik və orta sahibkarlığın kreditləşməsinə xüsusi diqqət yetirən "NBCBank" ASC, bir çox yerli firmalara kreditlər vermişdir. Kreditlərin verilməsi zamanı aparılan şəffaf və peşəkar analiz Bankın təcrübəsinin formalaşmasını əsaslandırır.

     "NBCBank" ASC kredit verilməsi zamanı müştərilərlə uzunmüddətli, qarşılıqlı faydalı və şəffaf münasibətlərin qurulmasına üstünlük verir. "NBCBank" ASC kreditora, qısa zamanlı kredit müştərisi kimi yox, uzun zamanlı stratejik partnyor kimi yanaşır.

Kreditalanlara qarşı "NBCBank" ASC tərəfindən irəli sürülən əsas tələblər bunlardır:

  Kiçik Biznes Kreditləri

 1.       Əsas şərtlər

1.1.              Kreditin məbləği                                                                               500-10,000 AZN

1.2.              Müddəti                                                                                                              3-24 ay

1.3.              Faiz məzənnəsi                                                                                

 

Müddət

 

500 -2000

 

2001-5000

 

5001-7000

 

7001-10 000

 

3 ay  - 6 ay

 

36%

 

35%

 

34%

 

33%

 

6 ay  - 12 ay

 

35%

 

34%

 

33%

 

32%

 

12 ay  - 18 ay

 

34%

 

33%

 

32%

 

31%

 

18 ay  - 24 ay

 

33%

 

32%

 

31%

 

30%

 

 1.4.              Kreditin xidmət haqqı

1.4.1.  1-ci dəfə müraciət edən müştərilər üçün          2%

1.4.2.  təkrar müraciət edən müştərilər üçün                1%

1.5.              Ödəmə  - annuitet ödəniş qrafiki

 2.       Müştərilərin yararlılıq kriteriyaları

2.1.              Azərbaycan Respublikasının vətəndaşi olmalıdır

2.2.              Kredit götürdüyü filialın (və ya baş ofisin) yerləşdiyi şəhərdə yaşamalı və ya fəaliyyət göstərməlidir

2.3.              18-60 yaşlarında olmalıdır

2.4.              Kredit götürdüyü biznes sahəsində 1 ildən artıq fəaliyyət göstərməlidir

 

3.       Kreditlərin verilmə sahələri

3.1.              Ticarət

3.2.              İstehsal və emal

3.3.              Xidmət (restoran, iaşə məntəqələri. Nəqliyyət xidməti istisna olunmaqla)

 

4.       Kreditin valyutası

4.1.              Kredit biznesin göstəricilərindən və onun təbiətindən asılı olaraq manat və ya manat ekvivalentinde ABŞ dolları və Avroda verilə bilər.

 

5.       Təminat

5.1.              Zamin

5.2.              Dövriyyədə olan mal qalığı

5.3.              Ev əşyaları

5.4.              Biznes  avadanlığı

5.5.              Depozit (minimum götürülən məbləğin 5% həcmində)

 

6.       Sənədlər

6.1.              İlkin müraciət üçün şəxsiyyət vəsiqəsi yetərlidir.

 

    Bu sənədlərdən əlavə bank müştərilərinə fərdi yanaşaraq əlavə məlumatlar tələb edə bilər.   Bankın kommersiya kreditləri sahəsinə ayırdığı xüsusi diqqət, müəssisələrin müraciətlərini fərdi qaydada baxmağa imkan yaradır. Kredit mütəxəssisləri peşəkar yanaşaraq hər bir müraciəti dəqiq, hərtərəfli və vaxtlı-vaxtında təhlil edir və müştərinin ehtiyaclarına cavab verəcək kredit şərtləri müəyyən edirlər. Əlavə olaraq korporativ müştərilər "NBCBank" ASC-da lizinq, biznes-planın tərtib olunması, müəssisənin qurulması və qeydiyyatı, maliyyə axınlarının idarə olunması, həmçinin maliyyə fəaliyyətinin bütün istiqamətləri üzrə geniş çeşiddə biznes məsləhətləri və konsaltinq xidmətləri də ala bilərlər.

 


Azərbaycan Respubilkası AZ1033,
Bakı ş. Şahin Mustafayev küç. 27/121

Tel: (+994 12) 514 01 16, (+994 12) 514 01 17
Faks: (+994 12) 566 94 78

E-mail: info@nbcbank.az
URL: www.nbcbank.az


Programming by DreamArt © 2009