|
NBC LIZINQ MMC
Lizinq maliyyə icarəsi formasıdır.Lizinq hər hansı bir avadanlıqın (əmlakın) lizinq şirkəti tərəfindən satın alınaraq lizinqalana razilaşdırılmış müddətə istifadəyə (icarəyə) verilməsidir.Müqavilə müddəti bitdikdən sonra avadanlıq lizinq şirkətinin razılıqı ilə qalıq dəyəri ödənilməklə lizinqalanın mükiyyətinə keçə və keçməyə bilər.
Özündə bank kreditini, icarəni , investisiya elementlərini cəmləşdirən lizinqin 3 əas işirakcısı var-lizinq alan,lizinq vərən və satici
Lizinqvərən-lizinq müqaviləsinə əsasən əldə etdiyi və mülkiyyətində olan əmlakı lizinq obyekti kimi lizinqalana müəyyən şərtlərlə müvəqqəti sahibliyə və isifadəyə verən huquqi və ya fiziki şəxsdir,
Lizinqalan- lizinq obyektini lizinq müqaviləsi əsasında müəyyən şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə götürən hüquqi və ya fiziki şəxsdir.
Satıcı-alqı-satqı müqaviləsinə əsasən lizinq obyektinin lizinqverənə satan hüquqi və ya fiziki şəxsdir.
NBC LIZINQ Məhdud Məsuliyyətli Cəmiyyəti 21 noyabr 2005-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək təsərrüfat subyekti olmaqla öz fəaliyyətini Azərbaycan Respublıkasının "Mülki Məcəlləsinə", digər qanunvericilik aktları və özünün Nizamnaməsi əsasında həyata kecirir.
NBC LIZINQ MMC Azərbaycan Respublıkasının qanunvericiliyinə uyqun olaraq yaradılan hüquqi şəxsdir. Cəmiiyət müstəqil balansa , möhürə ,bank hesablarına və digər rekvizitlərə malikdir.
NBC LIZNQ -in Nizamnamə kapitalı onun Təsisçilərinin payları hesabına yaradılmişdır.
Cəmiyyətin Təsisçiləri:
"NURGUN QRUP" Məhdud Məsuliyyətli Müəssisə və "NBCBANK" ACIQ Səhmdar Cəmiyyətidir. Nizamnamə kapitalının müvafiq olaraq 60 %-"NURGUN QRUP'MMM və 40 %-NBCBANK ASC-nin hesabına yaradilmışdır.
NBC LIZINQ MMC Nizamnaməsi əsasında Lizinq xidmətlərinin göstərilməsi fəaliyyəti ilə məşgul olur.
31.12.08 tarixinə NBCLIZINQ MMC-nin aktivləri 80432.4 AZN, lizinq portfeli 57350 AZN, kapitalı 49950 AZN, öhtəlikləri isə 28200 AZN olmuşdur.
Ünvan: Bakı şəhəri, Nərimanov r-nu, Şahin Mustafayev küçəsi, ev 27/121
|