07.09.2010 - 04:27 Ana səhifə | Saytın xəritəsi | Əlaqə
az | ru | en
24.06.2010
Audit Departamentinin müdiri Cahangirli Zamiq 5-ci Qlobal Forumunda iştrak edib .

  21.06.2010 – cu il tarixində “NBCBank” ASC –nin Audit Departamentinin müdiri Cahangirli Zamiq “Gülüstan” sarayında İslam İnkişaf Bankının (İİB) İslam maliyyəçiliyinə dair “Qlobal sabitlik və inteqrasiyaya doğru” mövzusuna həsr olunmuş 5-ci Qlobal Forumunda iştrak edib . Forum İslam Tədqiqat və Tədris İnstitutunun (İTTİ) təşəbbüsü ilə, İİB-in əlaqədar şöbələri və digər təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində keçirilib. Məqsəd İİB-in fəaliyyət dairəsinə daxil olan ölkələrdə strateji siyasət dialoqunun və İslam Maliyyə Xidmətləri (İMX) sənayesinin müxtəlif seqmentlərinin inkişafı, qarşıya çıxan problemlərin birgə müəyyən edilməsi və İMX-nin inkişafının rəqabətədavamlı və sabit inkişafı naminə çətin problemlərin sistemli həlli yolunda bilik mübadiləsi, qarşılıqlı əlaqələrin gücləndirilməsinin təşviqi ilə əlaqədar institusional təcrübə mübadiləsini təmin etməkdir. Forum İTTİ tərəfindən 2006-cı ildən bəri keçirilən silsilə forumların davamıdır. Forumun birinci sessiyasının açılış mərasimində Qurani-Kərimdən surə oxunub. Sonra İTTİ-nin Baş direktoru Bambang P.Brodjonegoro, CIBAFI sədri Şeyx Salah Kamel, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov çıxış ediblər. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov tədbirin aktuallığını vurğulayaraq bildirib ki, son üç il ərzidə dünya iqtisadiyyatı özünün ağır dövrünü yaşayır. Hələ ötən il mərkəzi banklar və hökumətlər iqtisadiyyata irihəcmli dəstək verərkən resessiyanın tez bir zamanda bitəcəyini vəd edirdilər. “2003-2008-ci illərdə prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi doktrina ölkənin fundamental inkişafını təmin edib. Bu dövrdə ölkədə ümumi daxili məhsul 3 dəfəyə yaxın artıb, adambaşına düşən milli gəlir həmin vaxtın qiymətləri ilə 9 min ABŞ dollarını ötüb, Azərbaycan inamla ortagəlirli ölkələr qrupuna daxil olub. Ölkənin strateji valyuta ehtiyatları 13 dəfə artaraq ÜDM-in yarısını ötüb keçib. Bu ehtiyatlar dövlətin xarici borclarını 6 dəfə üstələyir. Sürətli iqtisadi inkişaf fonunda bank-maliyyə sistemi də yüksək dinamiklik nümayiş etdirib. Azərbaycan bank sektoru, onun həcmi, potensialı 10 dəfəyə yaxın artıb”. Sonra İİB Qrupunun prezidenti Əhməd Məhəmməd Əli çıxış edərək foruma uğurlar arzulayıb. Sonra birinci sessiyanın əsas məruzəsi - doktor Məhəmməd Əli Elqarinin “İslam maliyyə sisteminin etik hüdudları - maliyyə böhranının dərsləri” məruzəsi dinlənilib. Forum öz işini daha dörd sessiyada davam etdirir.


Azərbaycan Respubilkası AZ1033,
Bakı ş. Şahin Mustafayev küç. 27/121

Tel: (+994 12) 514 01 16, (+994 12) 514 01 17
Faks: (+994 12) 566 94 78

E-mail: info@nbcbank.az
URL: www.nbcbank.az


Programming by DreamArt © 2009