18.05.2010 “NBCBank” avtomobil kreditlərinə yeni faizlərlə və şərtlər təklif edir! “NBCBank” öz müştərilərinə Nissan, Pegeout, Ford markalı avtomobilləri yeni sərfəli kredit imkanları ilə təklif edir. Belə ki, bu avtomobil modelləri kreditləşdirilən zaman avtomobil krediti 17%-lə rəsmiləşdiriləcək. Məhz bu kampaniya nəticəsində son bir ay ərzində NBCBank tərəfindən təxmini 2 000 000 AZN çivarında avtomobil krediti rəsmilləşdirib. Avtomobil kreditləri ilə yanaşı Bankın bütün filialları öz müştərilərinə Biznes kredtləri təklif edir. NBC Bank şirkətlərə və sahibkarlara fəaliyyətin genişləndirilməsi üçün biznes kreditləri təklif edir.Biznes kreditlər həm dövriyyə vəsaitinin, həm də əsas vəsaitin maliyyələşdirilməsinə yönəldilə bilər. Son illərdə sürətlə inkişaf edən və bankda uğurlu iş aparılan sahələrdən biri plastik kartlar üzrə kredit xəttidir. NBC Bank-da plastik kartı güzəştli və güzəşsiz şərtlərlə almaq olar. Bankın filiallarında həmçinin məişət texnikası və telefon kreditləri verilir. Bankın bütün filialları hər gün ( Bazar günü istisna olmaqla) öz müştərilərinə xidmət göstərir. |