NBCBank
Bankın əməkdaşı ilə əlaqə. Burada siz bizim əməkdaş tərəfindən bütün məhsullar və xidmətlər haqqında məlumat ala bilərsiniz.
Bu iki üsuldan biri vasitəsi ilə söhbətə qoşula bilərsiniz:
Onlayn çat vasitəsi ilə Bankın konsultantı ilə əlaqə:
Konsultant: Aytən Səlimova
now online
Telefon vasitəsi ilə əlaqə: bizim konsultant Sizin üçün münasib bir vaxtda zəng edə bilər
Sizin adınız:
Sizin nömrəniz +994:
Zəngin vaxtı:
Təhlükəsizlik şifrəsi:
 
A. Yuxarı və ya kollegial səviyyə

-  Müşahidə şurası
-  İdarə heyəti
-  Komitələr

B. RİE departamenti

C. Struktur bölmələri

Risklərin idаrə еdilməsi prosesi "NBCBank"ın fəaliyyətinə xas olan risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, onlar barədə hesabatların hazırlanması, məqbul risk limitlərinin müəyyən edilməsi vasitəsi ilə onlara nəzarət edilməsi və risklərin azaldılmasıdır.
 
Risklərin idаrə еdilməsi funksiyаsı bаnk dахilində yuхаrıdаn аşаğı istiqаmətdə müəyyən еdilən vəzifə və səlаhiyyətlərin ümumi strukturuna uyğun olaraq həyata keçirilir. Bu funksiyаnın əsаs məqsədi bаnkın fəаliyyətinə хаs оlаn spеsifik riskləri müəyyənləşdirmək və qiymətləndirmək, həmin risklər bаrədə hеsаbаt vеrmək, оnlаrа nəzаrət еtmək və itkiləri аzаltmаq üçün istifаdə оlunаn üsullаrı təyin еtməkdən ibаrətdir.
 
Müşahidə Şurasının vəzifələri
 
-  Risklərin idarə edilməsi üzrə siyasəti təsdiq etmək;
-  Risk limitlərini təsdiq etmək;
-  Risklərin idarə edilməsi üzrə qəbul edilmiş siyasət və prosedurlara nəzarət etmək;
-  Səhmdarların Ümumi Yığıncağının ümumi toplantısında bankda risklərin idarə edilməsi vəziyyəti barədə hesabat təqdim etmək.

İdarə Heyətinin vəzifələri

-  Risklərin idarə edilməsi üzrə qəbul olunmuş siyasət və prosedurların tətbiqini və icrasını təmin etmək;
-  İdarə Heyətinə verilmiş səlahiyyətlər çərçivəsində risk limitlərini müəyyən etmək;
-  Müşahidə Şurasına mütəmadi olaraq, bankda risklərin idarə edilməsi üzrə vəziyyət barədə hesabatlar təqdim etmək.

Müşahidə Şurası Bankın üzləşdiyi bütün risklərin daha təkmil idarə edilməsi məqsədilə daxili komitə olan - Risklərin idarə edilməsi komitəsini yaradır.

RİE komitəsinin vəzifələri

-  Risklərin idarə edilməsi işini daima təhlil etmək;
-  Risk siyasəti üzrə təkliflər hazırlamaq;
-  Risk limitləri üzrə təkliflər hazırlamaq;
-  Risk üzrə qəbul edilmiş qərarlara nəzarət edilməsinə əmin olmaq;
-  Risklərin idarə edilməsi üzrə prosedurları hazırlamaq;
-  Risklərin idarə edilməsi üzrə prosedurların tətbiqinə nəzarət etmək və yeniləşmə üçün təkliflər vermək;
-  Bankda mövcud risklər barədə Müşahidə Şurasına icmal hesabat vermək.

RİE departamentinin vəzifələri

-  Risklərin idarə edilməsi siyasətinin və prosedurlarının layihələrini hazırlamaq;
-  Risklərin aşkara çıxardılması və qiymətləndirilməsi üzrə standartların və metodların layihələrini hazırlamaq;
-  Risklərin idarə edilməsi üzrə təsdiq olunmuş siyasət və prosedurlarla struktur bölmələrinin işçilərini tanış etmək və bankdaxili seminarlar keçirmək;
-  Hər hansı məhsul və ya xidmət satışa çıxarılmamışdan əvvəl ona münasibət bildirmək;
-  Risklərin daima minimallaşdırılması üzrə təkliflər hazırlamaq;
-  Risk limitlərinə nəzarət etmək;
-  Bankın fəaliyyətində mövcud bütün növ riskləri daima təhlil etmək, İdarə Heyəti və RİE komitəsinə təkliflər vermək;
-  Bütün növ risk limitlərinə riayət olunmasına həm kompyuter sistemləri, həm də ehtiyyac olduqda sənədlər vasitəsilə nəzarəti həyata keçirmək;
-  Riskli sahələrdə biznes fəaliyyətinin məhdudlaşdırılması barədə İdarə Heyətinə təkliflər vermək;
-  Mütəmadi olaraq, bankın bütün fəaliyyəti üzrə risklilik göstəricilərini təhlil etmək və bu barədə konkret təkliflər hazırlamaq;
-  Bankda bütün mövcud risklər barədə İdarə Heyətinə və RİE komitəsinə aylıq hesabat vermək.

İşçilərin vəziyyəti

-  Risklərin idarə edilməsi üzrə siaysət və prossedurları icra etmək;
-  Yeni risklər barədə birbaşa rəhbərinə hesabat vermək;
-  AMB-nin risklər üzrə normativ sənədlərinin tələblərini icra etmək;
-  Məsul olduğu riskləri idarə etmək və struktur bölməsinin rəhbərinə hesabat təqdim etmək.