NBCBank
Bankın əməkdaşı ilə əlaqə. Burada siz bizim əməkdaş tərəfindən bütün məhsullar və xidmətlər haqqında məlumat ala bilərsiniz.
Bu iki üsuldan biri vasitəsi ilə söhbətə qoşula bilərsiniz:
Onlayn çat vasitəsi ilə Bankın konsultantı ilə əlaqə:
Konsultant: Elvira Qulusoy
now online
Telefon vasitəsi ilə əlaqə: bizim konsultant Sizin üçün münasib bir vaxtda zəng edə bilər
Sizin adınız:
Sizin nömrəniz +994:
Zəngin vaxtı:
Təhlükəsizlik şifrəsi:

 

Risklərin ölçülməsi sistemləri və metodları

 

Risklərin ölçülməsində Azərbaycan Respublikası Mərkəzi Bankının tələbləri ilə bərabər risklərin idarə edilməsi üzrə beynəlxalq standartlara əsasən müvafiq metodikalar, göstərici və alətlərdən istifadə edilir. Risklərin ölçülməsi, təhlili və minimallaşdırılması üçün NBCBank aşağıdakı metodlardan istifadə edir:

 

Riskə məruz dəyər modelləri 

 

Riskə məruz dəyər müəyyən müddət ərzində, əvvəlcədən müəyyən edilmiş əminlik dərəcəsi ilə ehtimal olunan zərərin maksimum məbləğidir. Həmin məbləğ NBCBank-ın müxtəlif risk növləri üzrə ehtimal olunan zərərin həcmini əks etdirir. Bankda olan məlumatlar bazasının həcmi, texniki imkanları və işçi heyətinin potensialından asılı olaraq riskə məruz dəyərin hesablanması üçün müxtəlif metodlardan istifadə oluna bilər. İstənilən riskə məruz dəyər modeli tətbiq edilərkən əminlik dərəcəsi kimi minimum olaraq 99% götürülməlidir. 

 

Stress-test 

 

Bu metod, müxtəlif risk kateqoriyaları üzrə ssenarilərin NBCBank-ın balansına, mənfəət və zərərinə və digər göstəricilərinə necə təsir etməsini öyrənmək üçün qabaqcadan müəyyən edilmiş müxtəlif “şok”ların tətbiq olunmasını tələb edir. Bu yoxlamaların nəticələri gələcəkdə müxtəlif vəziyyətlərə tab gətirmək üçün yarana bilən risklərin idarə edilməsi siyasətinin hazırlanmasına kömək edir.

 

Risk xəritəsi 

 

Bu xəritə  NBCBank-da risklərin başvermə ehtimalı və tezliyini özündə əks etdirir. Risk xəritəsi risklərin müəyyənləşdirilməsi mərhələsində əldə edilmiş məlumatlara əsasən qurulur. Risk xəritəsinin bir tərəfində riskin tezliyi və ya başvermə ehtimalı, digər tərəfində isə riskin vura biləcəyi zərərin həcmi göstərilir.


 

Risklərin azaldılması üzrə siyasət və alətlərin effektivliyinə nəzarət prosesləri

 

 Bankda risklərin azadılması üzrə prioritet istiqamətlər və aparılan nəzarət tədbirləri aşağidaki kimidir:

 

  • Bankda risklərin azadılması siyasətinə uygun olaraq risklərin iştahası müəyyən edilir;
  • Risklərin azadılması istiqamətində müəyyən limitlər təyin olunur və əsasən kredit, likvidlik, bazar riskləri üzrə həyata keçirilir. Limitlərin məqsədi risklərin qabaqcadan qarşısının alınması və bank işinin effektivliyinin təmin edilməsidir. Risklərə nəzarət bankın Müşahidə Şurası tərəfindən təstiqlənən risk limitləri çərçivəsində həyata keçirilir;
  • Bankda risklərin idarə edilməsinə nəzarət hər bir şöbəsinin daxili qaydalarına və Riskləri İdarəetmə Komitəsi təlimatlarına uygun aparılır. Risklərə gündəlik nəzarət NBCBank-da mövcud olan Riskləri İdarəetmə Departamenti tərəfindən həyata keçirilir;
  • Bununla yanaşı Daxili Audit departamenti tərəfindən il ərzində bu istiqamətdə yoxlamalar aparılır;
  • Erkən xəbərdаrlıq sisteminin vasitəsilə bank fəaliyyətində istifadə olunan müxtəlif əmsalların müəyyən edilmiş limitlərə həyata keçirilir və bu sahədəki risklər nəzarətdə saxlanılır;
  • Hər bir risk üzrə təhlillər və nəticələri barədə Bankın İdarə Heyəti və Müşahidə Şurasına təqdim olunur;
  • Mərkəzi Bankın müəyyən etdiyi qaydalara uygun olaraq aktivlər və öhdəliklər üzrə ehtiyatlar yaradılır.