NBCBank
Bankın əməkdaşı ilə əlaqə. Burada siz bizim əməkdaş tərəfindən bütün məhsullar və xidmətlər haqqında məlumat ala bilərsiniz.
Bu iki üsuldan biri vasitəsi ilə söhbətə qoşula bilərsiniz:
Onlayn çat vasitəsi ilə Bankın konsultantı ilə əlaqə:
Konsultant: Elvira Qulusoy
now online
Telefon vasitəsi ilə əlaqə: bizim konsultant Sizin üçün münasib bir vaxtda zəng edə bilər
Sizin adınız:
Sizin nömrəniz +994:
Zəngin vaxtı:
Təhlükəsizlik şifrəsi:

 

STRATEJİ BAXIŞ VƏ DƏYƏRLƏR (Bankın biznes fəlsəfəsi)

Biz “NBCBank” olaraq, hər zaman müştərilərin dəyişən ehtiyaclarına uyğunlaşan, keyfiyyətli xidmət və çeşidli məhsul təklif edən bank kimi dəyərli olacağıq.

  • İşə sədaqətlə yanaşma: Biz ümumi işimizə sədaqətlə yanaşmaqla bankın missiyasını yerinə yetirməyə çalışırıq. 

  • Qanunilik: Biz öz fəaliyyətimizdə, beynəlxalq hüququn hamı tərəfindən qəbul olunmuş prinsip və normalarını, Azərbaycan Respublikasının qanunvericiliyini, “Banklar haqqında” və “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanunlarını, Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda korporativ idarəetmə standartlarının tətbiqi qaydaları” və digər xarakterli normativ aktlarını, Bankın Nizamnaməsini, Bankın daxili qayda və təlimatlarını rəhbər tutaraq bankın işgüzar adətlərinə dönmədən riayət edirik.

  • Sosial ədalətlilik: Biz, sosial ədalətliliyə nail olmağa cəhd edirik.

  • Şəxsiyyətin şərəfinə və şəxsi dəyərlərinə hörmət: Biz, şəxsin sosial durumundan, milliyyətindən, dinindən, hüquqi statusundan asılı olmayaraq onun hüquq və azadlıqlarına hörmətlə yanaşırıq.

  • Peşəkarlıq: Biz, müştərilərə xidmət göstərilməsinə dair bütün əməliyyatları vicdanla, vaxtında və yüksək səviyyədə həyata keçirtməklə daim təkmilləşməyə, yeniliyə can atırıq. Biz Bankın daha səmərəli işi üçün yeni yollar, vasitələr və imkanlar axtarırıq.

  • Korporativlik: Biz, həmkarlarımızla öz münasibətlərimizi qarşılıqlı anlaşma, inam, qarşılıqlı yardım və korporativ həmrəylik əsasında quraraq professional bilik və təcrübəmizi mübadilə edirik.

  • Şəffaflıq: Biz, fəaliyyətimizdə maksimum açıq və şəffaf olmaq siyasətini əsas tuturuq. Biz, Bank haqqında informasıyanı açıqlamaq üçün bütün mümkün informasiya vasitələrindən istifadə etməyə çalışırıq və cəmiyyət ilə münasibətlərimizi bərabərlik və açıqlıq şəraitində qururuq.

  • Təhlükəsizlik: Biz, müştərilərə, bankın əməkdaşlarına, səhmdarlara, dövlətə və dünya birliyinə münasibətdə üçüncü şəxslər tərəfindən hər hansı qanuna zidd hərəkətlərin qarşısını almaqdan ötrü lazım olan bütün tədbirləri görürük.

  • Məsuliyyətlilik: Biz, bank xidmətlərinin keyfiyyətinə görə müştərilər qarşısında, öhdəliklərimizi lazımınca yerinə yetirməyə görə işgüzar tərəfdaşlar qarşısında, fəaliyyətimizin nəticələrinə görə səhmdarlar qarşısında, insan hüquq və azadlıqlarına hörmət edərək, Azərbaycan iqtisadiyyatının inkişafına töhfələr verməyə görə cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyırıq.

  • Korporativ Sosial Məsuliyyət: Biz, məhsul və xidmətlərin hazırlanması və çatdırılması baxımından sosial məsuliyyətə xüsusi əhəmiyyət veririk. Sosial prоblеmlərin həlli üçün mühüm olan maddi və maliyyə resurslarına malikik. “Kоrpоrativ Sоsial Məsuliyyət” təkcə biznesin deyil, eləcə də, bütünlükdə cəmiyyətin inkişafına əsaslı yardım göstərə bilər. Kоrpоrativ Sosial  Məsuliyyət dedikdə, ilk növbədə, biznes qurumunun könüllü sosial investisiya qoyuluşlarına hazırlığı nəzərdə tutulur. Yəni, sosial proqramların həyata keçirilməsi üçün maliyyə, maddi, tехniki, idarəçilik və s. rеsursların qоyuluşu anlaşılır.