NBCBank
Bankın əməkdaşı ilə əlaqə. Burada siz bizim əməkdaş tərəfindən bütün məhsullar və xidmətlər haqqında məlumat ala bilərsiniz.
Bu iki üsuldan biri vasitəsi ilə söhbətə qoşula bilərsiniz:
Onlayn çat vasitəsi ilə Bankın konsultantı ilə əlaqə:
Konsultant: Aytən Səlimova
now online
Telefon vasitəsi ilə əlaqə: bizim konsultant Sizin üçün münasib bir vaxtda zəng edə bilər
Sizin adınız:
Sizin nömrəniz +994:
Zəngin vaxtı:
Təhlükəsizlik şifrəsi:
 
“NBCBank” ASC fəaliyyətə başladığı gündən bir çox sosial, iqtisadi layihələrə, media proqramlarına, futbol yarışlarına dəstək olub. Bankın sponsorluğu ilə mədəniyyətimizin, televiziya proqramlarının və idmanımızın inkişafına yönəlik layihələr reallaşdırılıb.
 
 
ƏLİ və TEO
 
“NBCBank” ASC  “Lider Tv və Radio-Azərbaycan” MMC-nin yeni bir lahiyəsinə yenidən dəstək vermək məqsədi ilə 2013-cü il üçün yayımlanması nəzərdə tutulmuş “Televiziya serialına” sponsorluq etmişdir.
“Lider Tv və Radio-Azərbaycan” MMC və “Brandhouse” Ltd.  arasında imzalanmış müqavilə əsasən Azərbaycan-Gürcüstan respublikaları arasındaki dostluq münasibətinə dayanaraq  birgə “Əli və TEO” adlı audiovisual əsərin işıqlandırılmasına böyük dəstək vermişdir.
 

 
LİFT VERLİŞİ
 
“NBCBank” daha bir TV yarışmasına dəstək oldu. Belə ki, 13 May 2013-cü ildə “Lider TV”-də start götürmüş Azərbaycan teleməkanında ən çox büdcəsi olan "Lift" realiti-şousunun birinci buraxılışında olduğu kimi ikinci buraxılışında Baş Sponsor "NBCBank" olmuşdur. Yarışmanın finalçısı 28 May Respublika Günündə müəyyənləşdi. Beləcə Emil Bədəlov şounun ən mübariz iştirakçısı oldu və "NBCBank"-dan 25 min 400 manat qazandı. İştirakçılara hədiyyəmiz bununla bitmədi, iştirak edən hər bir iştirakçıya "NBCBank" tərəfindən Gold kart hədiyyə edildi.
 

 
MİLLİ FUTBOL ÇEMPİONATI
 
“NBCBank” ASC 2013-cü il üzrə Azərbaycan Respublikasının Milli Çempionatında iştirak edən “Rəvan” Futbol klubuna dəstək olmaq məqsədi ilə baş sponsorluq edib.
 

 
ŞAHMAT FEDERASİYASINA SPONSORLUQ
 
“NBCBank” ASC Azərbaycan Şahmat Federasiyası ilə uzun müddətli müqavilə imzalayıb. Bu müqavilə əsasən “NBCBank” ASC Azərbaycan Şahmat Federasiyasının lahiyələrinə sponsorluq edir. 
 

 
"NBCBANK - AZƏRBAYCAN KUBOKU"
 
"NBCBank" 2010/11-ci il futbol üzrə Azərbaycan Kubokunun rəsmi sponsoru olub. “Hyatt Regency” otelinin “Bakı” zalında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib. Müqaviləni AFFA tərəfdən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev, “NBCBank”-dan isə İdarə Heyətinin Sədri Fuad Qənbərov imzalayıb. Anlaşmaya əsasən, baş sponsor futbol üzrə Azərbaycan kubokunun keçirilməsində PFL-lə müqavilə ilə nəzərdə tutulmuş sponsorluq töhfəsini verir. PFL isə bunun müqabilində yarışı “NBCBank - Azərbaycan Kuboku” adlandırmaqla yanaşı, baş sponsoru reklam xidmətləri ilə də təmin edəcək.