NBCBank
Bankın əməkdaşı ilə əlaqə. Burada siz bizim əməkdaş tərəfindən bütün məhsullar və xidmətlər haqqında məlumat ala bilərsiniz.
Bu iki üsuldan biri vasitəsi ilə söhbətə qoşula bilərsiniz:
Onlayn çat vasitəsi ilə Bankın konsultantı ilə əlaqə:
Konsultant: Elvira Qulusoy
now online
Telefon vasitəsi ilə əlaqə: bizim konsultant Sizin üçün münasib bir vaxtda zəng edə bilər
Sizin adınız:
Sizin nömrəniz +994:
Zəngin vaxtı:
Təhlükəsizlik şifrəsi:

Biznes kredit mütəxəssisi

Tələblər:

- Ali təhsil (iqtisadiyyat sahəsi üzrə)
- Bank sektorunda kredit mütəxəssisi (Biznes) kimi ən azı 1 illik iş təcrübəsi
- Kredit verilməsi barədə nəzəri və praktiki bilgilərə malik olma
- İnsanlarla ünsiyyət qurma bacarığı.
- Hesabatların hazırlanması, dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma.
- Analitik qabiliyyət.
- Azərbaycan və rus dillərində səlist danışıq bacarığı.
- MS Office proqramlarında işləmə bacarığı 

Vəzifə öhdəlikləri: 

- Müştərinin Bankın kredit məhsulları barədə məlumatlandırılması.
- Kredit ödənişlərinin qəbulu və proqramda icrası
- Hüquqi və fiziki şəxslərin kredit müraciətlərinin qəbulu, təhlili və sənədləşdirilməsi
- Müraciətlərin Bankın kredit komitəsinə çıxarılması və müdafiəsi
- Müştərilərlə kredit, girov və digər müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və    qanunvericiliyə uyğun rəsmiləşdirilməsi  
- Banka perspektiv müştərilərin cəlb edilməsi, kredit portfelinin formalaşdırılması
- Kredit və girovların monitorinqinin həyata keçirilməsi.

Əmək haqqı - 400 AZN (Bonus sistemi tətbiq edilir)

Yaş həddi – 25-35

HR ilə əlaqə: Aliyeva.s@nbcbank.az

 

İnformasiya Texnologiyaları üzrə mütəxəssis

Namizədə tələblər:

- Ali təhsil
- İnformasiya texnologiyaları sahəsində ən azı 2 illik iş təcrübəsi
- Öz işində yeniliklər tətbiq etmək bacarığı
- Müvafiq xarici dil bilgilərinə malik olma (rus dili mükəmməl)
- İşə məsuliyyətli yanaşma, ünsiyyət qurma bacarığı

 

İş barədə məlumat:

- Windows XP, 2003 server, 7, 2008 server r2 serverlərin qurulması, MS-Dos
- Kompüterlərin təmiri proqramların yazılması
- Lokal şəbəkənin qurulması, şəbəkə problemlərinin tez aradan qaldırılması
- WiFi şəbəkəsinin qurulması
- Firewall, Antivirus Kaspersky, Active Directory, Kerio Mail Server, Kerio Winroute Firewall
- Noutbuk, skanerlər, printerlər, rabitə qurğuları, o cümlədən sistemləri texniki dəstəklə təmin etmək

 
Əmək haqqı 600 AZN

HR ilə əlaqə: Aliyeva.s@nbcbank.az

 

Strateji Planlama və Marketinq üzrə mütəxəssis

Vəzifəyə olan tələblər:

- Ali təhsil (Biznesin təşkili və idarə edilməsi,sosial elmlər, Marketinq istiqamətləri üzrə) 
- İxtisası üzrə Bank sektorunda 1 ildən çox iş təcrübəsi 
- Azərbaycan Respublikasının Bank qanunvericiliyi, Azərbaycan Respublikasının Milli Bankının normativ aktları barədə      məlumatlılıq. 
- Məntiqi təfəkkürə, idarə etmə, təşkilatçılıq, insanlarla ünsiyyət qurma bacarığına malik olma. 
- Kompüter biliklərinə malik olmalı (Ofis və dizayn proqramları) 
- Strateji təhlil və proqnozlaşdırma, reklam və PR sahələri haqqında biliyə malik olma

 Vəzifələr:

- Bazar imkanlarının təhlili, marketinq tədqiqatları və məlumat sisteminin hazırlanması, marketinq mühitinin təhlili,        marketinq nəzarətinin həyata keçirilməsi. 
- Biznesin inkişaf imkanlarının araşdırılması və təkliflərin hazırlanması. 
- Biznes planın hazırlanması işinin təşkili 
- Araşdırmalardan əldə edilən məlumatların təhlili və təkliflərin verilməsi 
- Layihələri realizə etmək bacarığı.
- Yeni layihələr, məhsullar barədə təkliflər planını hazırlanması

Əmək haqqı – 500 AZN

Yaş həddi -  25-35

  

RECEPTİON

Tələblər: 
- Yaş həddi 23-26
- Ali təhsil (iqtisadiyyat sahəsində) 
- Mükəmməl Azərbaycan və rus dili, orta səviyyədə ingilis dili bilgiləri.
- Analitik düşünmə qabiliyyəti
- Yüksək səviyyədə danışıq qabiliyyəti, ünsiyyət qurma bacarığı, məsuliyyətlilik.
- Ofis proqramlarında və ofis texnikası ilə işləmə qabiliyyəti

Vəzifə öhdəlikləri: 

- Banka gələn müştərilərin və qonaqların ilkin məlumatlandırılması və istiqamətləndirilməsi
- Daxil olan telefon zənglərin cavablandırılması və tələb olunan istiqamətlərə yönəldilməsi
- Bank əməkdaşların və gələn qonaqların qeydiyyatın aparılması   
- Bankın məhsul və xidmətləri barədə məlumatlılıq.
- Müştəri sorğularının cavablandırılması.