NBCBank
Bankın əməkdaşı ilə əlaqə. Burada siz bizim əməkdaş tərəfindən bütün məhsullar və xidmətlər haqqında məlumat ala bilərsiniz.
Bu iki üsuldan biri vasitəsi ilə söhbətə qoşula bilərsiniz:
Onlayn çat vasitəsi ilə Bankın konsultantı ilə əlaqə:
Konsultant: Aytən Səlimova
now online
Telefon vasitəsi ilə əlaqə: bizim konsultant Sizin üçün münasib bir vaxtda zəng edə bilər
Sizin adınız:
Sizin nömrəniz +994:
Zəngin vaxtı:
Təhlükəsizlik şifrəsi:

 

MİSSİYA HESABATI

 

"NBCBank" ASC–nin missiyası - müştərilərlə uzunmüddətli əlaqələr yaratmaq, kiçik və orta sahibkarlığın inkişafına kömək göstərmək, əhalinin istehlak kreditlərinə olan ehtiyaclarının ödənilməsinə tövhə vermək, iqtisadiyyatı keyfiyyətli bank məhsulları və xidmətləri ilə təmin etmək və insan resurslarını qorumaqdır.

 

  • Müştəri missiyamız – Müştərilərin dəyişən ehtiyaclarına uyğunlaşaraq keyfiyyətli bank xidməti göstərmək və onlarla uzunmüddətli əlaqələr yaratmaq. Fəaliyyətimizlə maliyyə bazarında müştərilərə geniş spektrdə keyfiyyətli və maksimum rahat, sərfəli olan şərtlər təklif etməklə mövqeyimizi  möhkəmləndirməyə, müştəri bazamızı artırmağa çalışırıq.

     

    Müştərilərimizə bank xidmətləri bazarında istiqamətlənməyə kömək edərək, hər zaman müştərilərimiz üçün informasiya baxımından açıq və aydınıq. Elə işləməyə çalışırıq ki, müştərilərimiz bizimlə əməkdaşlıqdan qürur duysunlar.
  •  

  • Məhsul və Xidmət missiyamız – Çeşidli və keyfiyyətli məhsul və xidmətlər təklif etmək və bazarda yeni məhsul və xidmətlərlə fərqlənmək.

    Geniş spektrdə bank xidmətləri və məhsulları təklif edirik. Xidmət və məhsullarımızı təklif edərkən müştərilərin cari ehtiyaclarını nəzərə alırıq. Xidmətlərimizin və məhsullarımızın keyfiyyətini daim yaxşılaşdırır və rəqabətqabiliyyətli yeni məhsullar hazırlayırıq.

  •  

  • Əməkdaşlar üçün missiyamız – Bilik və təcrübələrini artırmaqla karyerada inkişaf imkanını yaratmaq və əməkdaşların sosial rifahını yaxşılaşdırmaq.

    Əməkdaşlarımızın peşəkar və mədəni səviyyəsini artıraraq, aparıcı maliyyə qurumlarının təcrübəsini öyrənir, adaptasiya, rotasiya və karyera inkişafı qaydalarını tətbiq edirik. Mütəmadi olaraq onların keyfiyyətli fəaliyyətini stimullaşdırır və yaxşı nəticələrinə görə motivasiya  edirik. Sağlamlıqlarının və təhlükəsizliklərinin qeydinə qalırıq və sosial rifahının yaxşılaşdırılması üçün çalışırıq.

  •  

  • Səhmdarlar üçün missiyamız – Səhmdarlarımızın artan gəlirliyini təmin etmək və səhmdar siyahısını genişləndirmək. Cari səhmdarlar qarşısında olan öhdəliklərimizi layiqincə yerinə yetirməyə çalışırıq.
     
  •  

  • Tərəfdaşlıq missiyamız – Qanuni, qarşılıqlı anlaşma və şəffaflıq şəraitində tərəfdaşlıq qurmaq.

    Tərəfdaşlarımıza qarşı səmimiyik, birgə maraqlarımızı nəzərə alaraq uzunmüddətli əlaqələr yaratmağa və bu əlaqələri daha da möhkəmləndirməyə çalışırıq. Bizi tərəfdaş seçmək istəyənləri hər zaman dinləməyə və lazım gələrsə qəbul etməyə hazırıq.

  •  

  • Rəqabət missiyamız – Vicdanlı rəqabət aparmaqla fəaliyyətimizin rəqabətqabiliyyətliliyini yüksəltmək.

    Bazarda rəqabətli olmaqla yanaşı, rəqiblərimizin maraqlarına, reputasiyasına hörmətlə yanaşırıq və vicdanlı rəqabət aparmağın tərəfdarıyıq.  Xidmət və məhsullarımızı təkmilləşdirərək, resurslarımızı artıraraq və onlardan daha effektiv istifadə edərək  rəqabətqabiliyyətliliymizi dayanmadan yüksəltməyə çalışırıq.

  •  

  • İnkişaf missiyamız – Daim yeni inkişaf imkanları axtararaq xidmət şəbəkəsini genişləndirmək və bazar payını artırmaq.

    Bazarın potensialından maksimum istifadə etməklə onu tam əhatə etməyə və xidmət şəbəkəsini genişləndirərək bazar payımızı artırmağa çalışırıq.

  •  

  • İqtisadiyyata töhfə missiyamız – İnsan resurslarını qorumaqla, əhaliyə keyfiyyətli bank xidməti göstərərək, kiçik və orta sahibkarlığın inkişafına zəmin yaradaraq iqtisadi artıma töhfə vermək.