NBCBank
Bankın əməkdaşı ilə əlaqə. Burada siz bizim əməkdaş tərəfindən bütün məhsullar və xidmətlər haqqında məlumat ala bilərsiniz.
Bu iki üsuldan biri vasitəsi ilə söhbətə qoşula bilərsiniz:
Onlayn çat vasitəsi ilə Bankın konsultantı ilə əlaqə:
Konsultant: Elvira Qulusoy
now online
Telefon vasitəsi ilə əlaqə: bizim konsultant Sizin üçün münasib bir vaxtda zəng edə bilər
Sizin adınız:
Sizin nömrəniz +994:
Zəngin vaxtı:
Təhlükəsizlik şifrəsi:

 

Card-to-Card xidməti NBC BANK müştərilərinə bankomatlardan istifadə edərək pul vəsaitlərini  bir kartdan digər karta tez və rahat köçürmək imkanı verir. Bu xidmət kredit xəttinin ödənişi üçün də əlverişlidir. Köçürmə etmək üçün müştəri kartın nömrəsini və kartın istifadə müddətini bilməlidir. “Card-to-Card” xidmətinə görə komissiya köçürmə məbləğinin 0,50%-ni təşkil edir.

 

Card-to-Card xidmətinin aparılması qaydası

 

Bankomatlar vasitəsilə bir plastik kartdan digər karta Card-to-Card köçürülmələri əməliyyatlarının aparılması qaydası.

 

1. Kartı bankomata daxil edin:

 

Ekranda «İstədiyiniz dili seçin» məlumatı əks olunur:

  • Azərbaycan
  • Русский
  • English

 

2. İstədiyiniz dili menyudan seçib yanında olan düyməni basın

 

Ekranda «Lütfən Pin-kodunuzu yığın sonra ENTER düyməsini basın» məlumatı əks olunur

 

3. Pin-kodunuzu daxil edib ENTER düyməsini basın

 

Ekranda «İstədiyiniz əməliyyatı seçin» məlumatı əks olunur

 Balans

 Nağd Pul

 Ödəmələr

 Card to Card

 Xidmətlər

 Hesabdan çıxarış

 

4. «Pul köçürmələri» əməliyyatı seçilib ENTER düyməsi basılır;

 

Ekranda «Valyuta seçimi» məlumatı əks olunur

  • AZN
  • USD
  • EUR
  • imtina etmək

 

5. Valyuta növü seçilib ENTER və ya əks təqdirdə İmtina etmək düyməsi basılır

 

Ekranda «Xahiş olunur məbləği köçürəcəyiniz kartın nömrəsini daxil edin» məlumatı əks olunur

  • İmtina etmək
  • Davam
  • Düzəliş

 

6. Pul köçürmək istədiyiniz kartın 16 rəqəmli nömrəsi daxil edilib Davam və ya ENTER düyməsi basılır

  • Ekranda «Kartın nömrəsini təkrar daxil edin» məlumatı əks olunur

 

7. Pul köçürmək istədiyiniz kartın istifadə müddəti göstərilən formatda daxil edilir

  • Ekranda «Köçürüləcək məbləği daxil edin» məlumatı əks olunur
  • Davam
  • Düzəliş

 

8. Köçürmək istədiyiniz məbləği daxil edib ENTER düyməsini basın Ekranda «Köçürməni təsdiq edirsinizmi»

  • Kartın nömrəsi
  • Məbləğ
  • Əməliyyat bitmişdir
  • Xeyr
  • Bəli

 

9. Köçürmə təsdiqlənir və əməliyyat bitmiş hesab olunur.