NBCBank
Bankın əməkdaşı ilə əlaqə. Burada siz bizim əməkdaş tərəfindən bütün məhsullar və xidmətlər haqqında məlumat ala bilərsiniz.
Bu iki üsuldan biri vasitəsi ilə söhbətə qoşula bilərsiniz:
Onlayn çat vasitəsi ilə Bankın konsultantı ilə əlaqə:
Konsultant: Elvira Qulusoy
now online
Telefon vasitəsi ilə əlaqə: bizim konsultant Sizin üçün münasib bir vaxtda zəng edə bilər
Sizin adınız:
Sizin nömrəniz +994:
Zəngin vaxtı:
Təhlükəsizlik şifrəsi:
Əsas səhifə
NBCBank-dan Samsung Galaxy Tab E planşetini əldə etmək şansını qazan!

 

Dəyərli dostlar, 
02.11.2015 tarixindən Bankımızın facebook səhifəsində müsabiqə keçiriləcək. 
Bu müsabiqə sual-cavab formatında keçiriləcək və qalibə planşet Samsung Galaxy Tab E planşeti hədiyyə olunacaq. 
İştirak etməniz üçün sizdən ilk öncə şərtlərlə tanış olmağınız və əlbəttə ki, bu şərtlərə əməl etməniz xahiş olunur. 
Bütün iştirakçılara uğurlar arzulayırıq!

Şərtlər:
1. İştirakçı Bankın Facebook səhifəsinin üzvü olmalıdır və müsabiqə haqqında olan postu şəxsi səhifəsində bölüşməlidir (hamının görə bilməsi şərti ilə)
2. Əgər müsabiqənin iştirakçısı müsabiqə haqqında olan postu şəxsi səhifəsində bölüşmərsə, həmin şəxsin cavabları və iştirakı nəzərə alınmayacaq. 
3. Müsabiqə həftə içi 4 gün (bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə axşamı) keçiriləcək. 
4. Suallar gün ərzində 3 dəfə - saat 10:30-da, 13:30-da və 15:30-da - veriləcək. 
5. Sualların mövzularına Bank haqqında məlumatlar (tarixi, məhsulları və digər fəaliyyəti haqda) və riyazi-məntiqi məsələlər olacaq. Suallar test və açıq formatda veriləcək. 
6. Sualların verildiyi günlərdə hamıdan tez və düzgün cavab verən ilk 3 şəxs müvafiq olaraq 10, 8 və 6 balla qiymətləndiriləcək və həftənin yekunlarına görə iştirakçılar tərəfindən qazanılan ballar toplanılır və ən çox bal əldə edən iştirakçı qalib elan olunur.
7. Hər istifadəçi yalnız bir dəfə cavab yaza bilər. Redaktə olunmuş cavablar qeydə alınmayacaq.
8. Bir neçə iştirakçı eyni bal topladığı təqdirdə həmin iştirakçılar üçün əlavə sual veriləcək.

 

https://www.facebook.com/NBCBankASC?ref=hl