NBCBank
Bankın əməkdaşı ilə əlaqə. Burada siz bizim əməkdaş tərəfindən bütün məhsullar və xidmətlər haqqında məlumat ala bilərsiniz.
Bu iki üsuldan biri vasitəsi ilə söhbətə qoşula bilərsiniz:
Onlayn çat vasitəsi ilə Bankın konsultantı ilə əlaqə:
Konsultant: Aytən Səlimova
now online
Telefon vasitəsi ilə əlaqə: bizim konsultant Sizin üçün münasib bir vaxtda zəng edə bilər
Sizin adınız:
Sizin nömrəniz +994:
Zəngin vaxtı:
Təhlükəsizlik şifrəsi:
Əsas səhifə
NBCBank kredit müştərilərinə güzəştlər təqdim edir
NBCBank kredit ödənişlərində çətinliklə üzləşən müştərilər üçün güzəştlərin tətbiq edilməsini həyata keçirir. Bu əsasla da aşağıdakı güzəştlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. 
            Xarici valyutada olan kreditlər üçün: 
1. Kredit faizlərinə 3% endirim tətbiq olunur (müştərinin gecikmədən çıxarılması şərtilə).
2. 2016-ci ilin sonuna qədər cərimə faizinin hesablanması dayandırılır.
3. Kreditlərin tam ödənildiyi zaman, hesablanmış kredit faizinə 50%, cərimə faizi isə 100% güzəşt olunur və yerdə qalan məbləğ Mərkəzi Bankın kursu ilə qəbul olunur.
4. Verilmiş kreditlərdə ödənişlər olduğu zaman silinmə qrafikə düşənə qədər əsas və faiz ardıcıllığı ilə aparılır, qrafikə düşdüyü təqdirdə yerdə qalan cərimə faizlər tam ləğv olunur.
5. Kreditlərin müddətinin uzadılmasına və digər güzəştlərin tətbiqində bütün xidmət haqları ləğv olunur.
6. Avtomobil kreditlərində müddətin uzadılması həyata keçirildiyi zaman, uzadılmaya görə girovun sığortalanması tələb olunmur.
 
Milli valyutada olan kreditlər üçün:
1. 2016-ci ilin sonuna qədər milli valyutada olan bütün kreditlərə cərimə faizi 1%-dən  0.3%-ə endirilir.
2. Verilmiş kreditlərdə tam ödəniş olduğu zaman hesablanmış cərimə faizləri tam ləğv olunur.
 
Qeyd: Müştərilər bu güzəştlərdən faydalanmaq üçün kredit götürdükləri Bank filiallarına yaxınlaşmaları xahiş olunur. 
932
www.nbcbank.az 
https://www.facebook.com/NBCBankASC