NBCBank
Связаться с сотрудником банка. Здесь Вы можете получить полную информацию об товарах и услугах банка.
Вы можете подключиться к разговору двумя путями :
Связь с консультантом банка через чат:
Консультант: Айтан Салимова
now online
Связь по телефону: наш консультант позвонит Вам в удобное время
Ваше Имя:
Номер +994:
Время звонка:
Код безопасности:
Главная страница
“Bank Standard”-ın ipoteka portfelinin bir hissəsi “NBCBank” ASC-yə ötürüldü.

 03.10.2016-cı il tarixində “Azərbaycan İpoteka Fondu” ASC ilə “NBCBank” ASC arasında imzalanmış xidmət müqaviləsinə əlavə olaraq, “Bank Standard”-ın ipoteka portfelinin bir hissəsi “NBCBank” ASC–yə ötürülmüşdür.

Bundan sonra “NBCBank” ASC Maliyyə Bazarlarına Nəzarət Palatasının 30.09.2016 tarixli qərarına əsasən lisenziyası ləğv edilmiş “Bank Standard”ın ipoteka kreditləri üzrə portfelinin ötürülmüş hissəsinin idarə olunmasını həyata keçirəcək.

Azərbaycanın bank sektorunun ilk banklarından olan  “NBCBank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Eyni zamanda “NBCBank” ASC 2011-ci ildən “Azərbaycan İpoteka Fondu”nun üzvüdür və minə yaxın ipoteka müştərisinə xidmət göstərir. Hal-hazırda bankın ölkə ərazisində 11 filialı və 1 şöbəsi, hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.