HESABINIZ BOŞ QALMASIN

"NBCBank" ASC Korporativ Müştərilərə xidmətin səviyyəsini yüksəltmək üçün Overdraft Layihəsinə start verir. Qısa müddətlərə Korporativ Müştərilərə dövriyyə vəsaitlərinin (ödənişlərin) maliyyəşdirilməsi üçün təyin edilmiş kredit məhsuludur.

Overdraft müştərinin təxirəsalınmaz qısa müddətli tələblərinin operativ şəkildə təmin edilməsi üçün çox əlverişlidir, belə ki müştərilərə biznes tərəfdaşları qarşısında öhdəliklərini vaxtında həyata keçirmək üçün əlavə maliyyə mənbəyindən istifadə imkanı yaradır.

Müştəriyə cari hesab qalığından artıq olan məbləğlərdə cari hesab üzrə əməliyyatları həyata keçirmək imkanı verir. Qısa müddət ərzində müştərilərinə təminatsız overdraft limiti ilə maliyyə vəsaiti təklif edirik.

Bu məhsuldan kimlər istifadə edə bilər:

— NBCBank ilə 6 aydan çox fəaliyyət göstərən; bütün Hüquqi Şəxslər və yaxud Fərdi Sahibkarlar

— Son 6 ay ərzində hesabları üzrə dövriyyə edən;

— Aylıq dövriyyəsi 5000 AZN-dən yuxarı olan.

Limit:

— Müştərinin Bankdakı 1 illik orta aylıq dövriyyəsinin 50% həcmində Overdraft limiti ayrılır.

— Limitdən istifadə müddəti 20 (iyirmi) gün.

— Overdraft limiti üzrə birdəfəlik 1% komissiya tutulur

— Gecikmiş faiz 0.1% təşkil edir