İnternet bankçılıq
932

Sizə geri dönəcəyik

Sizin sorğunuz göndərildi

Yaxın zamanda sizinlə əlaqə saxlanılacaq.

İcraçılarla iş şöbəsinin Hüquqşünası

Vəzifəyə olan tələblər

Tələblər:

- Ali hüquqi təhsil
- 3 il iş təcrübəsi
- Azərbaycan Respublikasının Bank Qanunvericiliyi bilgiləri
- Azərbaycan Respublikasının Qanunları və Qanunvericilik aktları barədə bilgilər
- Kompüter proqramlarında işləmə bacarığı
- Azərbaycan və rus dillərində yüksək səviyyədə ünsiyyət və yazışma bacarığı

Əsas iş funksiyaları

- Hüquqi xarakterli sənədlərin hazırlanmasının təmin edilməsi
- Məhkəmədə irəli sürülən iddialarla bağlı çıxarılan qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülməsi və bu tədbirlərin yerinə yetirilməsinin təmin edilməsi
- Banka daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması
- Məhkəmə işlərinin nəticələrinin öyrənilməsi, ümumiləşdirilməsi, müqavilələrin bağlanması və icra təcrübəsinin təmin edilməsi
- Məhkəmə qərarlarının icrası məqsədilə icraçılarla işin, qiymətləndirici şirkət və hərraclarla əlaqələrin qurulması, bu proseslərin nəzarət altında saxlanılması və həll edilməsi üçün təkliflərin verilməsi

Tələblərə cavab verən şəxslər şəkilli CV - lərini hr@nbcbank.az ünvanına ünvanlaya bilərlər. Müraciət etdiyiniz vəzifənin adının e-məktubunuzun mövzu hissəsində göstərilməsi mütləqdir.