Bank filiallarına müraciət etməyin mütləq olmaması
Real vaxt rejimində məlumatın alınması
Yerləşdiyi yerdən və vaxtdan asılı olmaması
Xidmətin istənilən mobil nömrəsinə qoşula bilmə imkanı (Azercell, Bakcell, Nar Mobile, Azerfon-Vodafone)
Uğursuz əməliyyatlar haqqında xəbərdarlıq (Yəni vəsait olmadığı, kartın müddəti bitdiyi və s. bu kimi hallarda əməliyyat etmə cəhdi haqqında xəbərdarlıq)
Hər bir Maliyyə İnstitutunun mətnə SMS reklam əlavə etmə imkanı
Hər SMS-ə görə mobil nömrənizin balansından pul tutulmaması (sadəcə olaraq kart hesabınızdan aylıq xidmət haqqı çıxılacaq)
Mobil nömrənizin balansı bağlı olduqda belə SMS-lə kart haqqında məlumat ala bilmə imkanı
Xidmətə qoşulmanın tamamilə pulsuz olması
Kartın xidmətə qoşulmasını ancaq kartın sahibi həyata keçirə bilər
Kartın sahibi istənilən mobil telefonun nömrəsini öz kartında olan xidmətə qoşa bilər
Kartda xidmətin ləğv edilməsi və xidmətin aktiv olduğu nömrənin dəyişdirilməsi üçün bank filiallarına müraciət edilməlidir